Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə “Təhsilli qadın təhsilli cəmiyyətdir” adlı növbəti tədbiri keçirilmişdir

05 aprel 2024 | 09:46
Bərdə RİH yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədr müavini-RİH başçısı aparatının baş mütəxəssisi Leyla Mehtiyevanın təşkilatçılığı ilə Bərdə Qadın Resurs Mərkəzində “Təhsilli qadın təhsilli cəmiyyətdir” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə komissiyanın sədri Səfurə Hümbətova açaraq Azərbaycanda tarixən qadın amilinə böyük önəm verildiyini söyləyib. O xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququ verilib. Halbuki, bu gün dünyada ən demokratik hesab olunan ölkələrdə qadınlara o zaman belə hüquqlar verilməmişdir. O eyni zamanda, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələrdən bəhs edib.
Sonra komissiyanın sədr müavini Leyla Mehtiyeva çıxış edərək təhsilin hər bir cəmiyyətin inkişafının əsasını təşkil etdiyini bildirib. O qeyd edib ki, təhsil hər bir xalqın gələcəyi üçün işıqlı yoldur. Təhsil həm qadın, həm də kişi üçün önəmli məqamlardan biridir. Milli dəyərləri mənimsəmək, vətənə layiqli şəxsiyyət olmaq, ailəni sevmək üçün bilikli, təhsilli olmaq vacib amillərdən biridir.
Sonra Bərdə rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, Bərdə MRX-nın həkim-endokrinoloqu Sevinc Ağayeva, Bərdə şəhər T. İsmayılov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülnar Paşayeva çıxış edərək mövzu ilə bağlı öz fikirlərini səsləndiriblər.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Keçidlər