Bərdədə Anım Gününün beşinci ildönümü ilə bağlı tədbir keçirilib.
24 sentyabr 2025 | 17:16
Bərdə Rayon İcra Hakimiyyətinin, Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə 27 sentyabr- Anım Gününün beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Bərdə Cümə Məscidinin axundu, QMİ-nin Qarabağ qazısı Ramazan Hüseynov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Yevlax Regional bölməsinin nümayəndəsi Məhəmməd Rəşidov, Vətən müharibəsi şəhidi Elməddin Hüseynzadənin anası Arzu Hüseynova və din xadimləri iştirak ediblər.
Öncə iştirakçılar Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad ediblər, ruhlarına dualar oxuyublar.
Tədbirdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən danışılıb. Qeyd edilib ki, torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. O da vurğulanıb ki, bu gün dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.






