Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Aprel döyüşləri şəhidi Həsənov Ziya Niyazi oğlunun 8-ci ildönümü mərasimi keçirilmişdir.

05 aprel 2024 | 15:09
Şəhid Həsənov Ziya Niyazi oğlunun ildönümü münasibətilə Bərdə Şəhidlər xiyabanında məzarı ziyarət edilib, xatirəsi anılmışdır. Mərasimdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri, məktəblilər və rayon sakinləri iştirak etmişlər.
Qeyd edək ki, şəhid Ziya Həsənov 11 oktyabr 1989-cu ildə Ağdam şəhərində anadan olmuşdur. 2 aprel 2016-ci il tarixində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmada Lələtəpənin azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ziya Həsənov ölümündən sonra Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "lll dərəcəli Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib. Şəhid Ziya Həsənov Bərdə Şəhidlər xiyabanında dəfn olunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Keçidlər