Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Aqrar Sığortanın təbliği ilə bağlı tədbir keçirilmişdir

17 noyabr 2023 | 15:13
Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının, İƏD üzrə nümayəndəliklərinin, Aqrar Sığorta Fondunun nümayəndələrinin, bələdiyyələrin və fermerlərin iştirakı ilə aqrar sığortanın təbliği, maarifləndirilməsi istiqamətində tədbir keçirilmişdir.
Aqrar Sığorta Fondu və Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Bərdə rayonunda aqrar sığortadan istifadə, aqrar sığortanın üstünlükləri, təbiət hadisələri və müxtəlif hallar nəticəsində fermerlərə dəyən zərər və ödənişlərlə bağlı vəziyyət müzakirə edilib.
Bildirib ki, aqrar sığorta dövlətin fermerlərə dəstək üçün tətbiq etdiyi mühüm yenilikdir. Aqrar sığorta vasitəsilə əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir. Hazırda aqrar sığorta ölkədəki 1,6 milyon hektar əkin sahəsinin 420 min hektarını əhatə edir.
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri sual və təkliflərini səsləndiriblər.
Fermerlər arasında fikir mübadiləsi formasında keçirilən görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib.
Keçidlər