Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə at yarışı təşkil olunmuşdur

13 aprel 2026 | 17:08

Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə rayonun Nazırlı kəndində at yarışı təşkil olunmuşdur. Yarış böyük maraqla qarşılanmış, respublikanın müxtəlif bölgələrindən gətirilmiş atlar 13 məsafə üzrə güclərini sınamışlar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda qaliblər müəyyən edilərək mükafatlandırılmışdır. Belə ki, I yerə 250 manat, II yerə 150 manat, III yerə isə 100 manat pul mükafatı təqdim olunmuş, qaliblər diplom və medallarla təltif edilmişlər.
Yarışın keçirilməsi bölgədə atçılıq ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi və bu sahəyə marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Keçidlər