Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Azərbaycan Polisinin yaradılmasının 105-ci ildönümünü ilə əlaqədar tədbir keçirilmişdir

03 iyul 2023 | 16:40
Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, rayon polis şöbəsinin rəisi Ənvər Həsənov və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Vətən müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri İsmayıl Rüstəmov, Millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümünü münasibətilə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, üzərinə tər güllər düzərək Ulu Öndərə dərin ehtiramlarını bildirmişlər. Daha sonra rayon ərazisində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin məzarları önünə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər Azərbaycan polisinin yaranmasının 105 illiyi və 2 iyul – Azərbaycan Polisi günü münasibətilə polis əməkdaşlarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu bildirmişlər.
Tədbirin sonunda bir qrup polis əməkdaşlarına, şəhid ailələrinə, müharibə iştirakçılarına, Fəxri Fərman və xatirə hədiyyələri təqdim olundu.
Keçidlər