Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar təqvim planına əsasən Bərdə rayonunda keçiriləcək tədbirlərlə bağlı aidiyyəti məsul şəxslərlə və işçi qrupla görüş keçirilmişdir

01 fevral 2023 | 09:20

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev Tədbirlər planına əsasən hazırlanmış Təqvim planının icrası ilə bağlı aidiyyəti məsul şəxslərlə və işçi qrupla görüş keçirmişdir. Görüş zamanı Vidadi İsayev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən hazırlanmış Tədbirlər planına uyğun olaraq öz tapşırıq və tövsiyələrini vermişdir. Görüşdə dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, siyasi kursunun gənc nəslə çatdırılması və bu yolda qarşıda duran mövzular müzakirə edilmişdir.

Keçidlər