Bərdədə "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbir keçirilmişdir
05 mart 2024 | 11:56
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Tədbirlər Planının 8.4.3.nömrəli tapşırığının (Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) icrası ilə əlaqədar olaraq Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında Bərdə Rayon İcra Hakimiyyətinin başçısının Aparatının, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəliklərində çalışan dövlət qulluqçularının və bələdiyyələrin rəhbər vəzifəli şəxslərinin, tibb və təhsil işçilərinin, Bərdə Ağsaqqallar Şurasının, Bərdə RİH yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədr və üzvləri, rayon sakinləri və həssas əhali qruplarından olan şəxslərin iştirakı ilə geniş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər iştirakçılara mövcud sosial xidmətlər haqqında geniş məlumat veriblər.