Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında kooperasiyanın dəstəklənməsi məqsədilə görüş keçirilib

03 aprel 2023 | 15:20

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Tədbirlər Planının 8.1.5. tapşırığının (Barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında kooperasiyanın dəstəklənməsi) icrası ilə əlaqədar Bərdə rayon İcra Hakimiyyətinin akt zalında rayonda fəaliyyət göstərən barama istehsalçıları, barama qəbulu müəssisəsi iştirakçıları ilə kooperasiyanın dəstəklənməsi üçün maarifləndirici söhbətlər aparılmış və bu sahədə mütəmadi olaraq işlərin davam etdiriləcəyi bildirilib.

Keçidlər