Bərdədə Barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında kooperasiyanın dəstəklənməsi məqsədiylə maarifləndirici görüş keçirilib
07 may 2024 | 10:11
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Tədbirlər Planının 8.1.5. tapşırığının (Barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında kooperasiyanın dəstəklənməsi) icrası ilə əlaqədar rayonda fəaliyyət göstərən barama istehsalçıları, barama qəbulu müəssisəsi iştirakçıları ilə kooperasiyanın dəstəklənməsi məqsədiylə İcra Hakimiyyətinin inzibati binasında maarifləndirici görüş keçirilib və görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.