Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə abadlıq və təmizlik işləri görülmüşdür

23 avqust 2023 | 17:23
Heydər Əliyev adına Park-bulvar ərazisində mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. Belə ki, 03 iyul 2023-cü il tarixdən Park-bulvar kompleksində təmizlik aksiyası başladılmış, Park-bulvarın və Bərdə Yaşıllaşdırma İdarələrinin 50 nəfərdən çox əməkdaşı tərəfindən ərazidə qazonlar biçilmiş,1500-dən çox ağac, 2000-dən çox gül kolları və dekorativ bitkilərdə budama işləri aparılmış, təzə gül və dekorativ bitkilər əkilmişdir.
Kompleksin ərazisində olan fontanlar boşaldılmış, sıradan çıxmış nasoslar yeniləri ilə əvəz olunmuşdur.
Qeyd edək ki, parkın ərazisində abadlıq və təmzilik işləri mərhələli şəkildə davam etdirilir.
Keçidlər