Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə birinci Qarabağ müharibəsinin şəhidi Cəmilov Cəfər İsax oğlunun 65 illik yubileyi qeyd olunmuşdur

30 may 2023 | 16:02
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, kənd ictimaiyyəti və məktəblilər iştirak etmişdir. Tədbirdən öncə Yeni Daşkənd kəndində şəhidlərin əziz xatirəsinə inşa olunmuş "Vətən şəhidləri" abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulmuşdur. Sonra şəhidin həyat və döyüş yolundan, müzəffər Azərbaycan əsgərinin qəhrəmanlıq və şücaətlərindən bəhs edən çıxışlar edilmişdir.
Qeyd edək ki, Cəfər Cəmilov 25 may 1958-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1965–1975-ci illərdə Yeni Daşkənd kənd orta məktəbində, 1975–1980-ci illərdə isə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsində oxumuşdur.
1980-ci ildə Ağdam İslah Əmək Kaloniyasında leytenant kimi kalon briqadiri olmuşdur.
28 may 1992-ci ildə Bərdə RHK-dan Milli Orduya çağırılmışdır. Baş leytenant rütbəsində tağım komandiri vəzifəsində xidmət edən Cəfər Cəmilov 18 sentyabr 1993-cü ildə Ağdam rayonu istiqamətində şəhid olmuş, Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.
Bütün şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun!
Keçidlər