Bərdədə “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunması və cəmiyyətə reinteqrasiyası” mövzusunda tədbir keçirilmişdir
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının, Bərdə Rayon Polis şöbəsinin, Bərdə Regional Ədliyyə idarəsinin, Bərdə Rayon İcra və Probasiya şöbəsinin, Qarabağ Regional DOST Mərkəzinin, Qarabağ Regional Məşğulluq filialının, Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialının, rayon Həmkarlar İttifaqının, Qarabağ Regional Təhsil idarəsinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri, QHT və media nümayəndələri, işəgötürənlər, eləcə də cəzaçəkmə müəssisələrindən azad olmuş şəxslər iştirak etmişdir.Tədbirdə giriş sözünü Bərdə RİHB aparatının əməkdaşı Damət Ələkbərov açaraq Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün “Fəaliyyət Planı” nın həyata keçirilməsinə dair Tədbirlər Planının 8.5.1- 8.5.3-cü bəndlərinin icrası məqsədilə bu silsilədən olan tədbirlərin vacibliyini vurğulamış, cəzaçəkmə müəssisəsindən azad olmuşmuş şəxslərin məşğulluq məsələlərinin təmin olunması və cəmiyyətə reinteqrasiyasında dövlət qurumlarının, özəl sektorun, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin birgə fəaliyyətinin əhəmiyyətini vurğulamışdır. Tədbir çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə qanunvericiliyə uyğun olaraq göstərilən sosial, hüquqi və məşğulluq xidmətləri barədə ətraflı məlumat verilmiş, onların peşə hazırlığına cəlb olunması, işlə təmin edilməsi və sosial müdafiə tədbirlərindən yararlanması imkanları diqqətə çatdırılmışdır. Tədbirdə iştirak edən işəgötürənlər tərəfindən cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin olunması sahəsində əldə edilmiş müsbət təcrübələr paylaşılmış, onların əmək fəaliyyətində nümayiş etdirdikləri məsuliyyət, peşəkarlıq və uğurlu nəticələr barədə məlumat verilmişdir.






