Bərdədə "Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta" mövzusunda tədbir keçirilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Ələkbərov, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC idarə heyətinin üzvü Ramin İsmayılzadə, Aqrar Sığorta Fondu, Ümumi şöbənin müdiri Əli Əhmədov, Aqrar Sığorta Fondu, Hadisələrin tənzimlənməsi və araşdırılması şöbəsinin baş mütəxəssisi Samid Ağayev, "Prime Cotton" MMC-nin Bərdə pambıq zavodunun direktoru Amil Həsənov, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, bitkiçilik və heyvandarlıqla məşğul olan fermerlər iştirak ediblər. Tədbirdə fermerlər aqrar sığorta haqqında daha geniş maarifləndirilib, onların qarşılaşdığı problemlər və təkliflər dinlənilib.