Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib

07 may 2026 | 16:42

Qarabağ Regional DOST Mərkəzində baş tutan tədbirdə DOST Agentliyinin, Bərdə Rayon İcra Hakimiyyətinin, dövlət və özəl qurumların, eləcə də yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər. Təlimə əsasən pensiya yaşına çatmış və pensiya yaşına yaxınlaşan vətəndaşlar cəlb olunublar. Təlim zamanı iştirakçılara SİMA rəqəmsal imza vasitəsilə qeydiyyat prosesi, elektron qaydada pensiya müraciətinin edilməsi, rəqəmsal bankçılıq xidmətlərindən istifadə, eləcə də sosial mühəndislik üsulları ilə həyata keçirilən rəqəmsal dələduzluq hallarından qorunma yolları barədə məlumat verilib. Təlimlər Qarabağ Regional DOST Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilib. Daha sonra tədbir iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi ilə tanış olublar.

Keçidlər