Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Dövlət Miqrasiya Xidməti tərəfindən maarifləndirmə tədbiri keçirilmişdir

27 yanvar 2023 | 13:11

26 yanvar 2023-cü il tarixdə Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi tərəfindən “Qanunsuz miqrasiyaya qarşı mübarizə və insan alveri, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılması qaydaları” mövzusunda Bərdə rayon İcra Hakimiyyətinin inzibati binasında maarifləndirmə tədbiri keçirilmişdir. Bərdə rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələrin, təhsil işçilərinin həmçinin digər aidiyyəti dövlət orqanlarının əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyət istiqamətləri, həmçinin hüquq mühafizə orqanı kimi fəaliyyəti barədə məlumat verilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər, həmçinin əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə məlumatlar da diqqətə çatdırılmışdır. Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri barədə geniş məlumat verilmiş və qanunsuz miqrasiyanın qarşısının alınması üçün aidiyyəti dövlət orqanlarının, həmçinin vətəndaşların bu sahədə Dövlət Miqrasiya Xidməti ilə qarşılıqlı əlaqələrinin vacibliyi qeyd olunmuşdur. İnsan alveri barədə də geniş məlumat verilmiş və qanunsuz miqrasiyanın qarşısının alınmasının insan alverinə qarşı mübarizədə əhəmiyyəti də nəzərə çatdırılmışdır. Həmçinin, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilməsi qaydaları barədə də geniş məlumat verilmişdir. Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Keçidlər