Bərdədə Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş dəyirmi masa keçirilib
16 oktyabr 2026 | 19:37
18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva dövlət müstəqilliyimizin bərpasının tarixi əhəmiyyətindən, milli dövlətçilik ənənələrinin qorunmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən bəhs etmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğulamışdır.
Sonra Bərdə RİH yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədri Səfurə Hümbətova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov və Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev çıxış etmişlər.
Çıxışlarda Azərbaycanın müstəqillik tarixindən, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi rolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərdən və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs olunmuşdur.
Qeyd edilmişdir ki, bu gün müstəqil Azərbaycan dövlətçilik ənənələrinə sadiq qalaraq inkişaf edir, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası xalqımızın tarixi Zəfərinin təcəssümüdür.






