Bərdədə Dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması mövzusunda görüş keçirilmişdir.
24 yanvar 2024 | 16:18
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.2-ci bəndinin (dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması) icrası ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti görüşü keçirilmişdir.
Görüşdə İctimai Şuranın sədri Əsgər Əsayevin həmin mövzuda geniş məruzəsi dinlənilmiş, cari ildə bu sahədə qarşıda duran vəzifələr müəyyən edilmişdir.
Görüşdə çıxış edən İctimai Şuranın üzvləri dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılmasının vacibliyini bildirmiş, İctimai Şuraların tərkibinə əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinin daxil edilməsini təklif etmişlər.
Sonda İctimai Şuranın sədri Əsgər Əsayev dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılmasının zamanın tələbi olduğunu bildirmiş, bu istiqamətdə görüləcək işlərdə Şura üzvlərinə uğurlar arzulamışdır.