Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinə dair tədbir keçirilmişdir.

17 may 2024 | 17:51

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 3.3. nömrəli tapşırığının (dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi) icrası ilə əlaqədar olaraq Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında Bərdə Rayon İcra Hakimiyyətinin başçısının Aparatının, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəliklərində çalışan dövlət qulluqçularının iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə dövlət qulluğu sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində görülmüş işlər barəsində iştirakçılar məlumatlandırılmışdır. Tədbir diskussiya şəraitində keçmiş, iştirakçıların sualları cavablandırılmışdır.

Keçidlər