Bərdədə dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlim keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 3.2. nömrəli tapşırığının (dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlimlər keçirilməsi) icrası ilə əlaqədar olaraq Bərdə Rayonu İcra Hakimiyyətinin başçısı aparatında, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularına hər il olduğu kimi cari ildə də Bərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən 28.11.2024-cü il tarixində onlayn qaydada “dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı” təlim keçirilmişdir. Təlimdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının Aparatının və şəhər, kənd inzibati dairəsi üzrə nümayəndəliklərində rəhbər vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak etmiş, dövlət qulluğunda rəhbər vəzifəli şəxslər və insan resurslarının idarə edilməsi ilə bağlı verilən suallar cavablandırılmışdır.