Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə dövlət qulluqçuları üçün təlimlər keçirilib

26 oktyabr 2026 | 16:54
20-23 oktyabr 2026-cı il tarixlərində "Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 1-3-cü fəaliyyət istiqaməti çərçivəsində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçuları üçün Ünsiyyət bacarıqlarının inkişafı, Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası və Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi mövzularında təlimlər keçirilib.
Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları, Bərdə Rayon İcra Hakimiyyətində, eləcə də rayon ərazisində müxtəlif vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak ediblər.
Təlim zamanı dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar müzakirə olunub.
Qarşılıqlı diskussiya şəraitində keçən təlim dövlət qulluqçularının bilik və təcrübələrinin artırılması, eləcə də müvafiq sahədə aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyət kəsb edib.
Keçidlər