Bərdədə əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli, 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.6. bəndinə əsasən Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması məqsədilə Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Zaur Quliyev, Bərdə Regional Ədliyyə İdarəsinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin əməkdaşları çıxış etmişlər.
Tədbirdə çıxış edənlər əhalinin mülkiyyət hüquqlarının qanunvericiliklə qorunmasının əhəmiyyətindən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasının vacibliyindən və bu sahədə vətəndaşların hüquq və vəzifələrindən bəhs etmişlər.
Həmçinin iştirakçılara mülkiyyət hüquqlarının müdafiəsi mexanizmləri, daşınmaz əmlakın qeydiyyatı prosedurları və qanunvericilikdə nəzərdə tutulmuş yeniliklər barədə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.






