Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mövcud su ehtiyatlarının idarə olunması, səmərəli istifadənin təşkili, su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi, eləcə də alternativ su mənbələrinin yaradılması istiqamətində maarifləndirici tədbir keçirilib

30 aprel 2025 | 09:54
Bərdə Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin baş məsləhətçisi Bəxtiyar Seyidov, Rəsul Rəhmanov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Rauf Bayramov, RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ədalət Əhmədov, Bərdə DAİM-nin əməkkdaşı, RİHB aparatının kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və üzvləri, fermerlər, sudan istifadə edən birlikləri və rayon sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər su ehtiyatlarından səmərəli istifadənin, mövcud resursların qorunmasının, alternativ su ehtiyatlarının yaradılmasının, habelə su ehtiyatlarından turizm potensialı baxımından istifadənin ölkənin davamlı inkişafı və ekosistemlərin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Qeyd olunub ki, su ehtiyatlarının səmərəli idarə olunması məqsədilə Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətinin təkmilləşdirilməsi, su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun artırılması, içməli su təchizatında su itkilərinin qarşısının alınması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı istehlakçıların maarifləndirilməsi, həmçinin fermerlərin müasir texnologiyalı suvarma sistemlərini təsərrüfatlarında tətbiq etməyə təşviqi istiqamətində müzakirələr aparılıb.
Keçidlər