Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə əl işlərindən ibarət sərgi təşkil edilib

10 iyul 2024 | 13:24
Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə Rəsm Qalereyasında əl işlərindən ibarət sərgi təşkil edilib.
Bacarıqlı qadınların fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə keçirilən sərgidə Bərdə Mədəniyyət İdarəsinin əməkdaşı, Azərbaycan Xalçaçılıq Assosiasiyasının Qarabağ Regional nümayəndəsi Fatma Mehtiyevanın milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət rəsm və əl işlərinin nümayişi və satışı təşkil edilib.
Keçidlər