Bərdədə Elektron Sənəd Dövriyyəsinin tətbiqi ilə əlaqədar təlim keçirilmişdir
Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 01 avqust tarixli 2279 nömrəli Fərmanının 6-cı maddəsinin (elektron sənəd dövriyyəsi sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) altı ay müddətində elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması ilə bağlı tədbirlər görsünlər.) icrası ilə əlaqədar olaraq Bərdə Rayon İcra Hakimiyyətinin Aparatının işçilərinə 21-31 avqust və 07 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Vətəndaşların qəbulu sektorunun müdiri Fərid Gülablı tərəfindən onlayn təlim keçirilmişdir. Təlimdə elektron sənəd dövriyyəsi sisteminin tətbiqi qaydaları geniş izah olunmuş, sistemlə işləmək bacarığına aid praktik nümunələr göstərilmişdir.