Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə ənənəvi olaraq növbəti kitab bayramı keçirilib.

05 may 2023 | 17:29
 Bərdə rayon Mərkəzi kitabxanası tərəfindən təşkil olunan tədbirdə şəhid ailələri, Bərdə Regional “ASAN xidmət” Mərkəzi, rayon Ağsaqqallar Şurası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsi, Bərdə Peşə Liseyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə rayon nümayəndəliyi, Bərdə İdarəetmə və Texnologiya Kollecinin rəhbərliyi və əməkdaşları, o cümlədən çoxsaylı mədəniyyət işçiləri, yerli yazarlar, rayon ictimaiyyəti iştirak edib.
Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, geniş bilik və təfəkkür sahibi olmasından, düşünülmüş və cəsarətli qərarlarından, eyni zamanda mədəniyyətimizə, kitabxanalara, milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulanıb ki, Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilir.
Kitab bayramı çərçivəsində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 50 ədəd portret və 20 adda kitab sərgisi nümayiş etdirilib. Təbdir rəngarəng konsert proqramı ilə davam edib.
Keçidlər