Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Gələcək Naminə İctimai Birliyi “Biznesdə qadınlar” adlı növbəti tədbir həyata keçirib

14 mart 2023 | 11:52
10 mart 2023-cü ildə  “Gələcək Naminə” İctimai Birliyinin  "Həssas qrupdan olan qadınların iqtisadi səlahiyyətlərinin artırılması üçün icmaların yaradılması" layihəsi çərçivəsində növbəti tədbiri keçirilib. 
Bərdə rayonunda keçirilən tədbirə Bərdə rayon İcra Hakimiyyəti, “Gələcək Naminə” İctimai Birliyi, Bərdə Qadın Resurs Mərkəzi, Yevlax KOB İnkişaf Mərkəzi, GİKM-nin Bərdə nümayəndəliyi, Bərdə rayon Gənclər və İdman İdarəsi, Bərdə Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 10 nəfər iştirakçı qatılıb. 
Layihənin məqsədi Azərbaycanda qadınların, xüsusən də, yoxsul və sosial cəhətdən təcrid olunmuş qadınların iqtisadiyönümlü səlahiyyətləndirilməsini və müvafiq qərarların qəbul edilməsində iştirakını təmin etməkdir. 
Layihə koalisiya formasında icra olunur. Koalisiyada Gələcək Naminə İctimai Birliyi, Gənc Mühasiblər İctimai Birliyi, Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyəti yer alıb. 
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşı Asif Abbasov, “Gələcək Naminə” İctimai Birliyinin sədri Rəvan Cəfərli, Yevlax KOB İnkişaf Mərkəzinin rəhbəri Lalə Məmmədova, Bərdə Qadın Resurs Mərkəzinin koordinatoru Aygün Hüseynova, GİKM Bərdə nümayəndəliyinin rəhbəri Orxan Fəxrəddinov, Bərdə rayon Gənclər və İdman İdarəsinin nüməyəndəsi Avtab Cəbrayılova, Bərdə Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Aynur Əliyeva çıxış edərək layihənin işində uğurlar arzulayıblar. 
 
Rəsmi hissə yekunlaşdıqdan sonra peşəkar təlimçilər Tural İsaqov və Nərmin Daşdəmirbəyli tərəfindən "Biznesdə qadınlar və Biznes Psixologiyası" mövzusunda təlim keçirilib və iştirakçılara "Sahibkar qadın" adlı kitabça təqdim olunub.
Keçidlər