Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Gənclər arasında sağlam həyat tərzinin təbliği və asudə vaxtının səmərəli təşkili” mövzusunda görüş keçirilib

11 mart 2025 | 10:06
10 mart 2025-ci il tarixdə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun, Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyasının, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin, rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclər arasında sağlam həyat tərzinin təbliği və asudə vaxtının səmərəli təşkili” mövzusunda görüş keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, pis vərdişlərə qarşı vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsidir.
Görüşdə mövzu ilə bağlı film nümayiş edilib.
Keçidlər