Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Gənclik və inkişaf: Müasir dövrün çağırışı” adlı tədbir keçirilib

30 yanvar 2026 | 17:00

Tədbir 30 yanvar 2026-cı il tarixində Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun, Bərdə regional “ASAN xidmət” mərkəzinin, Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Bərdə rayon komitəsinin birgə təşkilatçılığı ilə Bərdə regional “ASAN xidmət” mərkəzində keçirilib.

Tədbiri giriş sözü ilə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə sektorunun müdiri Aydın Qasımov açaraq, “2 fevral - Azərbaycan Gəncləri günü” münasibətilə təbriklərini söylədi. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər siyasətindən və bu siyasətin ölkə başçımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən, gənclərə göstərilən diqqət və qayğıdan , 2025-ci ildə rayonumuzda gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışdı.
Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər sektorunun baş məsləhətçisi Zöhrab Zöhrabbəyov, Bərdə regional “ASAN” Xidmət mərkəzinin direktoru İlahə Quliyeva, Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Bərdə rayon komitəsinin sədri Ruhanə Əliyeva və dəvət olunan qonaqlar çıxış edərək təbriklərini söylədilər. Əsası Ulu öndər tərəfindən qoyulan Dövlət Gənclər Siyasətinin bugün də yeni dövrün tələblərinə uyğun həyata keçirilməsindən və məhz bu görülən işlərin nəticəsində gənclərimizin dünyaya inteqrasiya etmələrindən, gənclər və idman sahəsində əldə etdikləri nailiyyətlərdən danışıblar.

“Dövlət Gənclər Siyasəti”nin həyata keçirilməsində fəallıq göstərən bir qrup gənclərə təşkilatçılar tərəfindən Fəxri Diplomlar və xatirə hədiyyələri təqdim edilib.
Sonda sektorun 2025-ci il ərzindəki fəaliyyəti ilə bağlı hazırlanmış videoçarx izlənilib.

Keçidlər