Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Heydər Əliyev adına park-bulvar ərazisində yay mövsümü ilə əlaqədar olaraq təmizlik işlərinə başlanılıb

16 iyul 2025 | 17:19
Heydər Əliyev adına park-bulvar ərazisində mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. Yay mövsümü ilə əlaqədar tərəfimizdən 20 hektar ərazini əhatə edən park-bulvar kompleksində təmizlik aksiyası başladılıb. Qısa müddətdə ərazidə qazonlar biçilib,1700-dən çox ağac, 2500-dən çox gül kolları və dekorativ bitkilərdə budama işləri aparılıb, dibləri yumşaldılıb, bərpa təmizlik işləri aparılıb. Hazırda kompleksin ərazisində olan 12 fəvvarə, Tərtər çayının yatağındakı iki göl, həmçinin suni şəlalələrdə və Vll əsrə aid qədim körpü abidəsinin ətrafında lildən və atılan tullantılarından təmizlənmə işləri görülür.
Qeyd edək ki, yay aylarında istirahət üçün parka gələn vətəndaşların say çoxluğunu nəzərə alaraq görülən işlərin qısa müddətdə başa çatdırılması planlaşdırılır.
Keçidlər