Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə "Heydər Əliyev ili" çərçivəsində Milli Qurtuluş Günü qeyd olunub

14 iyun 2023 | 17:03
Bərdə rayon İcra Hakimiyyəti və YAP Bərdə rayon təşkilatı birlikdə "Heydər Əliyev ili" çərçivəsində "Milli Qurtuluşdan tərəqqiyə" adlı konfrans keçirmişdir. Konfransda şəhid anaları, qazilər, ulu öndər Heydər Əliyevlə görüşmüş əmək adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Konfransdan öncə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək xatirəsini ehtiramla yad etmişlər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Konfransda xalqımızın azadlığı, dövlətimizin suverenliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Ulu öndər Heydər Əliyevin xalqı və dövləti xilas yolundan, Milli Qurtuluş gününün əhəmiyyətindən, qurtuluşdan tərəqqiyə gedən yolda əsas amillərdən danışmışdır. Bildirmişdir ki, xalq iqtidar birliyinin möhkəmliyi dövlət müstəqilliyinin sarsılmazlığının əsas sütunudur. Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vahid Qarayev konfrans iştirakçılarını bu tarixi gün münasibətilə təbrik etmiş, Qurtuluş gününə aparan dövrü xarakterizə edərək ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışdır.
Konfransda ulu öndər Heydər Əliyevlə görüşmüş Prezident təqaüdçüsü Tərlan Musayeva, "Şərəf nişanı" ordenli Ədibə Əhmədova , "Şöhrət" ordenli Radə Məmmədova, Zərnigar Quliyeva, şəhid Asif Abışovun anası İsbət Hətəmova, Birinci Qarabağ Müharibəsi əlili, məktəb direktoru İslam Əzimov, QMƏVŞAİB- nin rayon şöbəsinin sədri Etibar Hüseynova, Bərdə RMİ-nin rəisi Səxavət Məmmədov, rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Günel Cəfərova, Aprel doyüşlərində əlil olmuş Vüsal Muradov və başqaları çıxış edərək Milli Qurtuluş gününə aparan ağır və çətin dövrə işıq tutmuş və bugünkü inkişaf və Zəfər yolundan danışmışlar.
Konfransda YAP-a yeni üzv olmuş şəxslərə YAP üzvlük vəsiqələri və şəhid analarına, Ulu öndər Heydər Əliyevlə görüşmüş əmək adamlarına YAP Bərdə rayon təşkilatının hədiyyələri təqdim olunmuşdur.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Keçidlər