Bərdədə "Heydər Əliyev İli" münasibətilə silsilə ağacəkmə kampaniyaları davam edir
01 may 2023 | 15:41
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tərtib olunmuş tədbirlər planına əsasən Bərdə Regional Ədliyyə İdarəsi yerli ədliyyə qurumlarının, həmçinin Bərdə Rayon Məhkəməsinin hakimləri və əməkdaşlarının iştirakı ilə Bərdə-Yevlax avtomobil yolunun kənarında 60 ədəd, Bərdə rayon Mərkəzi Xəstəxanası isə həyətyanı ərazisində həkimlərin və tibbi işçilərinin iştirakı ilə 100 ədəd ağac, 100 ədəd gül kolu əkmişlər.