Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Heydər Əliyev İli”nə həsr olunmuş şahmat idman növü üzrə turnir keçirilmişdir

24 fevral 2023 | 11:07

22-23 fevral 2023-cü il tarixlərdə Bərdə Rayon Gənclər və İdman İdarəsinin, Qarabağ Regional Təhsil İdarəsinin Bərdə sektorunun və Bərdə UGİŞM-in birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş 2008-2009, 2010-2011, 2012-2013 və 2014-2015-ci il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat idman növü üzrə turnir keçirilmişdir. Turnir S.Behbudov adına şəhər 6 nömrəli tam orta məktəbin idman zalında baş tutmuşdur. Turnirdə müxtəlif yaş qruplarından 48 nəfər idmançı (oğlan və qız) iştirak etmişlər. Yarışdan öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli açaraq Ulu Öndər Heydər Əliyevin idmanın inkişafına və idmançılara göstərdiyi xüsusi diqqət və qayğıdan, son illər Azərbaycan və rayon idmançılarının müxtəlif növlərdə əldə etdikləri yüksək nailiyyətlərdən danışdı. UGİŞM-nin direktoru Nəcməddin Nəcəfov çıxış edərək iştirakçıları salamladı, onlara uğurlar arzuladı.

I,II,III və yerləri tutmuş idmançılar Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli Diplomları ilə təltif olunmuşlar.

Keçidlər