Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Heydər Əliyevin dövlətçilik irsinə həsr olunmuş tədbir keçirilib

09 oktyabr 2026 | 17:03
9 oktyabr 2026-cı il tarixində Bərdə rayon Heydər Əliyev Mərkəzində 11 oktyabr 1998-ci il tarixində keçirilmiş prezident seçkilərinin tarixi əhəmiyyətinə həsr olunmuş “11 oktyabr 1998-ci il: Heydər Əliyevə xalqın etimadı və Azərbaycan dövlətçiliyinin inkişafı” adlı tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Zöhrab Zöhrabbəyov, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev və Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Sevda Salahova çıxış ediblər.
Çıxışlarda 1998-ci il prezident seçkilərinin Azərbaycan tarixindəki əhəmiyyətindən, Heydər Əliyevin dövlət müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin qorunması, ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi, təhsil və gənclər siyasətinin inkişafı, milli-mənəvi dəyərlərin qorunması istiqamətindəki xidmətlərindən bəhs olunub. Həmçinin Ümummilli Liderin zəngin dövlətçilik irsinin öyrənilməsinin, tarixi yaddaşın qorunmasının və gənc nəslə vətənpərvərlik, dövlətə sədaqət hisslərinin aşılanmasının vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycan dövlətçiliyinin inkişafındakı rolunu əks etdirən sənədli film nümayiş etdirilib.
Sonda Heydər Əliyev irsinin təbliğinin, milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti qeyd olunub.
Keçidlər