Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Heyvanların identifikasiyası və qeydiyyatı işlərinin təşkili” mövzusunda müşavirə keçirilib.

22 oktyabr 2024 | 11:00
Bərdə Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə “Heyvanların identifikasiyası və qeydiyyatı işlərinin təşkili” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Bərdə RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Ələkbərov, Azərbaycan Respublikası Qida Təklükəsizliyi Agentliyi Aparatının Heyvan sağlamlığı və bioloji təhlükəsizliyi şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Abdüləliyev, Qida Təklükəsizliyi Agentliyi Qarabağ regional filialının rəhbəri Nicat Quliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, icra hakmiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri, rayon üzrə özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan mütəxəssislər, rayon üzrə fəaliyyət göstərən süni mayalandırma mütəxəssisləri, heyvandarlığın inkişafı ilə məşğul olan hüquqi və fiziki şəxslər və digər aidiyyəti şəxslər iştirak ediblər.
Keçidlər