Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması və tətbiqi” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

15 aprel 2024 | 15:25

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 10.7.1 nömrəli tapşırığının (heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması və tətbiqinin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi) icrası ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin Aparatının, Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin, Aqrar Xidmətlər Agentliyinin Bərdə Rayon Heyvan Sağlamığı və Baytarlıq Xidməti İdarəsinin, Bərdə Rayon İcra Hakimiyyətinin başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin rəhbər vəzifəli şəxsləri və sahibkarlar iştirak etmişdir. Tədbirdə Baytarlıq sahəsində heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması və tətbiqi heyvan xəstəliklərinin aşkarlanması, onlarla mübarizənin təşkili və heyvan mənşəli xəstəliklərin qida zənciri boyu izlənilməsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı. Həmçinin çıxış edənlər bildirdilər ki, bitki və bitkiçilik məhsullarının istehsalı sahəsində və heyvan xəstəliklərindən azad zonaların yaradılması ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulmuşdur.

Keçidlər