Bərdədə I Qarabağ müharibəsi zamanı itkin düşərək şəhid olan Şirinov Fariz Həsi oğlunun və Rüstəmov Pənah Qanboy oğlunun anım tədbiri keçirilib
05 fevral 2025 | 12:30
Şəhid M. Bayramov adına Qazaxlar kənd orta məktəbdə həmin məktəbin məzunları olmuş və I Qarabağ müharibəsi zamanı itkin düşərək şəhid olan Şirinov Fariz Həsi oğlunun və Rüstəmov Pənah Qanboy oğlunun anım tədbiri keçirilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin və SHXÇDX-in Bərdə rayon şöbəsinin məsul əməkdaşları, ictimai birliklərin nümayəndələri, qazilər, məktəblilər şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər şəhidlərin həyat və döyüş yolundan, qəhrəman Azərbaycan əsgərinin şücaəti və cəsurluğu sayəsində 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütovlüyümüzün təmin olunmasından danışıblar.
Tədbirin sonunda şəhidlərin adına hazırlanmış xatirə təltifnamələri təqdim olunub, məktəblilərin hazırladığı kompazisiyalar nümayiş edilib.
Qeyd edək ki, Vətəni müdafiə kimi müqəddəs və şərəfli vəzifəni yerinə yetirən, hər iki qəhrəman şəhidimiz 701 nömrəli hərbi hissənin 5-ci Bərdə taborunun döyüşçüləri olublar. I Qarabağ müharibəsi zamanı 1994-cü ilin yanvar ayında Kəlbəcər istiqamətində gedən ağır döyüşlərdə iştirak ediblər, həmin döyüşlərdə 23 yanvar 1994-cü ildə itkin düşərək şəhid olublar.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!