Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Kompleks Mülki Müdafiə yoxlamasının həyata keçirilməsi” barədə metodiki toplantı keçirilib

03 noyabr 2025 | 17:07
Bərdə Rayon İcra Hakimiyyətində FHN-nin Qarabağ Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikasının 2025-ci il üçün “Mülki müdafiə Tədbirlər Planı”na uyğun olaraq 3-14 noyabr 2025-ci il tarixlərdə “Kompleks Mülki Müdafiə yoxlamasının həyata keçirilməsi” ilə bağlı metodiki toplantı keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, FHN-nin Qarabağ Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik-leytenant Rövşən Hüseynov, Operativ Reaksiyavermə və Əməliyyat Planlaşdırma İdarəsinin rəisi polkovnik-leytenant Mətləb Hüseynli və Mərkəzin Mülki Müdafiə İdarəsinin baş zabiti mayor İntiqam Mikayılov və digər rayonların idarə, müəssisə, təşkilatların rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər, tədbir qarşılıqlı diskussiya şəraitində keçib.
Keçidlər