Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub

06 iyul 2026 | 16:08
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Ədalət Əhmədov, layihə rəhbəri, “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Könül Qasımova və layihənin təlimçisi, politoloq-pedaqoq Zülfiyyə Qasımova iştirak ediblər.
Maarifləndirmə görüşünə 30-dan çox xüsusi qayğıya ehtiyacı olan uşağın valideyni və müəllim qatılıb. Tədbir zamanı iştirakçılara xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı, təhsili, hüquqları, sosial inteqrasiyası və ailələrin üzərinə düşən məsuliyyətlər barədə ətraflı məlumat verilib. Görüş interaktiv formatda keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, sosial-psixoloji dəstəklə təmin olunması, cəmiyyətə inteqrasiyasının təşviqi və ailələrin daha fəal ictimai iştirakının dəstəklənməsidir.
Keçidlər