Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirici tədbir keçirilmişdir

21 may 2026 | 15:51

Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.17. və 6.2. bəndlərinə əsasən Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, bələdiyyələr, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər və əməkdaşları, eləcə də təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak etmişlər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva və Hüquq və kadr məsələləri sektorunun müdiri Zaur Quliyev, Bərdə Rayon Prokurorunun köməkçisi Seymur Musayev, Bərdə Rayon Polis rəisinin şəxsi heyət üzrə köməkçisi Fərid Şükürov çıxış etmişlər.
Çıxışlarda korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanmış, bu sahədə həyata keçirilən ardıcıl islahatların şəffaf idarəçiliyin gücləndirilməsinə, ictimai etimadın artırılmasına və hüquqi mədəniyyətin inkişafına mühüm töhfə verdiyi qeyd olunmuşdur. Eyni zamanda, qanunun aliliyinin təmin olunması, etik davranış prinsiplərinə riayət edilməsi və vətəndaş məsuliyyətinin artırılması kimi məsələlərin əhəmiyyəti xüsusi diqqətə çatdırılmışdır.
Bununla yanaşı, dövlət orqanları tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması istiqamətində görülən işlərin sistemli şəkildə təhlil edilməsinin vacibliyi qeyd edilmiş, bu məqsədlə illik hesabatların hazırlanaraq Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim olunmasının əhəmiyyəti vurğulanmışdır.
Tədbirin əsas məqsədi iştirakçıların maarifləndirilməsi, ictimai müzakirələrin aparılması və korrupsiyaya qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin fəal iştirakının təşviq edilməsi olmuşdur.
Sonda belə tədbirlərin hüquqi biliklərin artırılmasına və sağlam ictimai münasibətlərin formalaşmasına xidmət etdiyi bir daha vurğulanmışdır.

Keçidlər