Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2. nömrəli tapşırığının icrası ilə bağlı tədbir keçirilmişdir.

20 noyabr 2023 | 11:02

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2. nömrəli tapşırığının (dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi) icrasını təmin etmək məqsədiylə tədbirlər görülmüşdür. 2023-cü ildə antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatların, tibb və təhsil işçilərin iştirakı ilə geniş tədbir keçirilmiş, bu istiqamətdə cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə işləri aparılmışdır. Tədbirdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun maddələrindən irəli gələn məsələlər müzakirə olunmuş, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tövsiyələr verilmişdir.

Keçidlər