Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə " Korrupsiyaya yox deyək" adlı maarifləndirici görüşlər keçirilmişdir.

03 aprel 2023 | 18:55

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 3199 nömrəli sərəncamının 5.1. (Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi) və 5.2. (Dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması) bəndlərinin icrası ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə Peşə Liseyində, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində, Bərdə Müalicə Diaqnostika Mərkəzində " Korrupsiyaya yox deyək" adlı maarifləndirici görüşlər keçirilmişdir

Görüşdə Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev,  Hüquq şöbəsinin müdiri əvəzi Natiq Səfərov, rayon prokurorunun köməkçisi Seymur Musayev,  rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Rzaqulu Şərifov, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayev, rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, Bərdə Peşə Liseyinin direktor müavini Rafiq Alıyev çıxış etmişlər.

Çıxış edənlər korrupsiyaya qarşı  hərtərəfli mübarizə, hüquqpozmalara yol verilməməsi,  vətəndaşların hüquqlarının müdafiəsi, sosial ədalətin bərqərar olması və dövlətimizin korrupsiyaya qarşı mübarizəsi istiqamətində  fəaliyyətindən bəhs etmiş, qanunun şəffaflığının qorunması və bu mövzuda səmərəliliyin təmin edilməsi və möhkəmləndirilməsində ümumi mübarizə yolları haqqında fikirlərini bildirmişlər.

Keçidlər