Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə "Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması adlı" layihə çərçivəsində maarifləndirici seminar keçirilmişdir

29 mart 2023 | 16:12
Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində və Peşə Liseyində Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək" İctimai Birliyi tərəfindən "Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması adlı" layihə çərçivəsində maarifləndirici seminar keçirilmişdir. Seminarda Bərdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov, "Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək" İctimai Birliyin nümayəndəsi Ətrabə Məmmədova, psixoloq Aliyə İmanova, ekspert Telman Dadaşov iştirak etmişdir.
Diskussiya şəraitində keçən seminarda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Keçidlər