Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilib

25 iyun 2024 | 15:54
Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə komissiyanın sədri Səfurə Hümbətova, QRGİİ-nin rayon sektorun baş məsləhətçisi Fidan Nəsirli, şəhər T.İsmayılov adına məktəbin müəllimi Liza Cabbarova və digər məktəblərdən müəllim kollektivi, psixoloqlar və bir qrup qadın iştirak ediblər.
Tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir.
Tədbirdə diqqətə çatdırılıb ki, “Erkən nikah”, “Məişət zorakılığı və insan alveri bəşəriyyətin ən böyük problemlərindən biridir. Məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.
Tədbir diskussiya şəraitində keçib.
Keçidlər