Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə məktəblilər arasında “2 Fevral Azərbaycan Gəncləri Günü”nə​ həsr olunmuş idman yarışı keçirilmişdir

31 yanvar 2023 | 14:24
25-26 yanvar 2023-cü il tarixlərdə N.Nərimanov adına şəhər 3№li tam orta məktəbin idman zalında Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Qarabağ Regional Təsil İdarəsinin Bərdə sektorunun birgə təşkilatçılığı ilə “2 Fevral Azərbaycan Gəncləri Günü”nə​ həsr olunmuş ​ tam orta məktəblərin yuxarı sinif şagirdlərindən(oğlanlar) ibarət 8 komanda ​ arasında Basketbol ​ idman ​ növü ​ ​ üzrə şəhər birinciliyi​ keçirilmişdir.
Yarışı ​ giriş sözü ilə ​ Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov açaraq idmançıları​ ​ qarşıdan gələn “2 Fevral Azərbaycan Gəncləri Günü” münasibəti ilə təşkilatçılar adından təbrik etdi. O, respublikamızda basketbol idman növünün inkişafından, ölkə və rayon idmançılarının ötən il ərzində müxtəlif idman növlərində əldə etdikləri nailiyyətlərdən, onlara göstərilən dövlət qayğısından danışdı və komandalara bu yarışda uğurlar arzuladı.
​Yarışın baş hakimi, Bərdə Təhsil sektorunun fiziki tərbiyə üzrə metodisti Anar Rəsulov yarışın keçirilmə qaydaları barədə geniş və ətraflı məlumat verdi. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Gərgin mübarizə şəraitində keçən yarışda yerlər aşağıdakı kimi müəyyən olunmuşdur:
​ I yer - N.Nərimanov adına şəhər 3№li tam orta məktəbin komandası
II yer - Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyi
III yer - Şəhər 8№li tam orta məktəbin komandası
Bərdə rayon Gənclər və İdman İdarəsi tərəfindən I yeri tutmuş komanda Kubok və diplomla, II və III yerləri tutmuş komandalar isə müvafiq dərəcəli diplomlarla mükafatlandırılacaqlar.
Keçidlər