Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə məktəblilərlə "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilmişdir

23 dekabr 2022 | 17:05
Bərdə Rayon İcra Hakimiyyəti və rayon Polis şöbəsinin birgə təşgilatçılığı ilə Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin şagirdlərilə maarifləndirici görüş keçirilmişdir. Görüşdə məktəbin direktor əvəzi Rəna Həsənova, rayon İcra Hakimiyyəti aparatının İctimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov, rayon Polis şöbəsinin rəisi Ənvər Həsənov, narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili İdris Əhmədli iştirak etmişlər.
Görüşdə rayonda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışılıb, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürülüb, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyələr verilib.
Keçidlər