Bərdədə Müalicə Diaqnostika Mərkəzində “Qadınlar və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilmişdir
13 yanvar 2024 | 10:02
Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, qadın və uşaq problemləri üzrə komissiyanın təşkilatçılığı və Bərdə Müalicə Diaqnostika Mərkəzinin dəstəyi ilə “Qadınlar və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilmişdir.
Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra komissiyanın sədri Səfurə Hümbətova, komissiyanın üzvləri Bərdə rayon Mərkəzi Xəstəxananın əməkdaşı Elnarə Əfəndiyeva, QMƏVŞAİB-nin rayon şöbəsinin sədri Etibar Hüseynova, T. İsmayılov adına şəhər 1 nömrəli tam orta məktəbin direktor müavini Liza Cabbarova, şəhər 2 nömrəli kitabxananın müdiri Nərgiz Cəfərova çıxış edərək bildirmişlər ki, qadınlar cəmiyyətimizin əsasını təşkil edir, bu səbəbdən də onların sağlamlığı son dərəcə önəmlidir. Tədbirdə sağlam həyat tərzi sürmək üçün gündəlik həyatımızda hansı vacib normalara riayət etməliyik, o cümlədən, vaxtın düzgün idarə olunması, mütəmadi tibbi müayinələrdən keçməyin vacibliyi, zərərli vərdişlərə aludə olmamaq və buna düçar olanlar barəsində məqsədyönlü tədbirlərin görülməsinin vacibliyi vurğulanaraq bidirilib ki, istər qadınlar, istər azyaşlılar və yeniyetmələr, istərsə də əhalinin digər yaş kateqoriyasından olan üzvləri arasında mütəmadi maarifləndirici söhbətlər aparılmalı, mütəxəssislərin fikirlərinin önəmli olduğu vurğulanmalıdır.
Diskusiyya formasında keçən tədbirdə sonda iştirakçılar öz fikirlərini səsləndirmişlər.