Bərdədə “Mülki müdafiə tədbirlər planı”na uyğun olaraq xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə təlimi keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydaları”nın 2.7-ci bəndinə və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi ilə razılaşdırılmış Bərdə rayon İcra Hakimiyyətinin 2026-cı il üçün “Mülki müdafiə tədbirləri planı”na uyğun olaraq 5 mart 2026-cı il tarixində Bərdə rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə təlimi keçirilmişdir. Təlimdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik Rövşən Hüseynov və Bərdə RİHB-nin müavini İlham Məmmədov iştirak etmişlər. Təlim yüksək səviyyədə cəlb edilmiş qüvvə və vasitələrin tabe olduğu idarə və müəssisələrin rəhbər şəxslərinin birgə iştirakı ilə təşkil olunmuşdur.






