Bərdədə “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi” barədə metodiki toplantı keçirilib
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında” Əsasnamənin 8.2.10-cu bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydası”nın 7-ci bəndinə əsasən təsdiq edilmiş və razılaşdırılmış, Bərdə Rayon İcra Hakimiyyətinin 2024-cü il üçün “Mülki müdafiə Tədbirləri Planı”nın 9-cu bəndinə uyğun olaraq metodiki toplantı keçirilib. Giriş sözünü rayon İcra Hakimiyyəti Başçısının aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ədalət Əhmədov açaraq hər il olduğu kimi cari ildə də “Mülki müdafiə tədbirlərinin təşkilinin və həyata keçirilməsi Qaydası"nın vacibliyini vurğulayıb, sözü FHN-nin Qarabağ Regional Mərkəzinin Mülki müdafiə tədbirlərinin təşkilinin planlaşdırılması şöbəsinin rəisi mayor Elçin Rəcəbova və Mərkəzin Mülki Müdafiə İdarəsinin baş zabiti kapitan İntiqam Mikayılova verib. Tədbirdə Bərdə və digər rayonların idarə, müəssisə, təşkilatların rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak edib, tədbir qarşılıqlı diskussiya şəraitində keçib.