Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Münaqişədən təsirlənən icmalarda qadın liderlərin inkişafı” mövzusunda təlim keçirilmişdir

26 yanvar 2023 | 16:41
25 yanvar 2023-cü il tarixdə rayon ərazisində yerləşən 866 saylı məcburi köçkünlər üçün salınmış qəsəbədə inzibati binanın akt zalında və rayon Qadın Resurs Mərkəzində Avropa İttifaqının “Sabitlik və Sülhə Yardım" layihəsinin "Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu" proqramı çərçivəsində “Qadınlar arasında həmrəylik” İctimai Birliyinin ekspertləri tərəfindən həyata keçirilən “Münaqişədən təsirlənən icmalarda qadın liderlərin inkişafı” mövzusunda təlimi keçirilmişdir. Təlimdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov ”Qadınlar arasında həmrəylik ”İctimai Birliyinin” yerli kordinatoru, layihə rəhbəri Şərqiyyə Dadaşova, təlimçilər Telman Dadaşov və Gültən Əlişova iştirak etmişlər.
Layihənin məqsədi münaqişədən təsirlənən icmalarda qadın liderlərinin gücləndirilməsi və onların icmalarının inkişafına daha çox töhvə verməklərinə nail olmaqdır.
Keçidlər